ManşetSiyasət

ABŞ ermənilərindən Bayrağımıza hörmətsizlik – FOTO

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqrımı” ilə bağlı verdiyi açıqlamadan sonra bu ölkədə yaşayan ermənilər küçələrə çıxaraq, açıqlamanı “bayram” etməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, saxta məsələni bayram edən Los Angelesdəki ermənilər Türkiyə ilə yanaşı, Azərbaycan Bayrağını da təhqir etməkdən çəkinməyiblər.

Belə ki, Azərbaycan Bayrağı bükülmüş müqəvvanı boyunlarından asaraq, gəzdiriblər. Bundan başqa, ermənilər “Qarabağı işğal edən Azərbaycan Türklərinə ölüm” şüarları səsləndiriblər.

Qeyd edək ki, erməni diasporu hər zaman Türkiyə və Azərbaycana düşmən münasibət bəsləyib. Bu dəfə də həmin düşmənçilik, faşist yanaşma davam edib. Qaldı ki, onların “Qarabağı işğal edən Azərbaycan” ifadəsinə, bunu da onların faşistliklərindən, yalanşılıqlarından, həyasızlıqlarından biri hesab edək. Çünki Qarabağ əzəli Azərbaycan torpağıdır və Müzəffər Azərbaycan Ordusu də onu düşmənin, erməni işğalından azad edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button