
Ukrayna Donbasa hücum ərəfəsində: ruslar fevralı gözləyir
Dünən gecədən başlayaraq, Ukrayna ordusu Donbası artilleriyadan atəşə tutmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, ağır artilleriya qurğularından açılan atəş nəticəsində separatçıların bir neçə hərbi texnikası, habelə hərbi təyinatlı obyektləri sıradan çıxarılıb.
Donetskidəki separatçılar səhər saatlarında atəşin dayandığını, lakin Ukrayna ordusunun hücum üçün hazırlıqlar gördüyünü bildirib. Onların məlumatına görə, hazırda Donbas üzərində “Bayraktar” və ya başqa bir adlı PUA-ların uçuşları da müşahidə edilir.
Gələn xəbərlərdə qeyd edilir ki, Ukrayna ordusu dünən gecə NATO ölkələrindən aldığı yeni silahının da tətbiqini həyata keçirib. Belə ki, həmin silah vasitəsi ilə separatçıların iki tankı sırdan çıxarılıb. Bundan başqa, bir müdafiə istehkamının da yerlə bir edildiyi deyilir.
Bu əsnada, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Krill Budanov bəyan edib ki, onlarda Rusiyanın Kiyevə nə zaman hücum edəcəyi barədə kəşfiyyat məlumatı var. Onun sözlərinə görə, Rusiya Ukraynaya yeni ilin yanvar-fevral aylarında hücum edəcək. “Bu məlumat həm də amerikalı həmkarlarımızda da var. Həmin hücum aviasiya, artilleriya və hərbi texnikaların müşayəti ilə reallaşacaq. Hava hücumları cənubda, desant qüvvəıləri çıxarma Odessa və Mariopolda həyata keçiriləcək. Belarusiya sərhəddindən hücum isə daha az ehtimal ediləndir”.