GündəmManşet

Ermənistan sərhəddə qoşun yığır: Yeni təxribat hazırlığı  

Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri 15 dekabrda Brüsseldə bir araya gələcəklər. JAMAZ.İNFO xəbər verir ki, həmin görüşdə tərəflər arasında hər hansı bir sənədin imzalanacağı gözlənilməsə də, danışıqlar prosesi üçün yeni “yol xəritəsi”nın müəyyənləşəcəyi istisna edilmir.

Qeyd edək ki, bu danışıqlar ərəfəsində Ermənistanın bəzi davranışları diqqəti çəkir. Həmin diqqət çəkən məqam da ondan ibarətdir ki, son iki gündür Ermənistan Azərbaycanla sərhəddə əlavə hərbi qüvvələr göndərməyə başlayıb. Belə ki, Kəlbəcər və Laçin istiqamətində hərbi qüvvələrin sayının artırılması, əlavə texnikaların cəlb edilməsini elə sərhəddə yaşayan erməni əhalisi də təsdiqləyir.

Belə bir məqamda ermənilərin sərhəddə əlavə qoşun çıxarmasının konkret səbəbləri bilinmir. Güman edilir ki, 16 noyabr döyüşlərindən sonra ermənilər bir xeyli qüvvə itirməklə yanaşı, həm də müdafiə xətlərini gücləndirməyin vacib olduğunu anlayıblar.

Lakin gələn xəbərlərdən və gedişatdan bir başqa məsələ də anlaşılır. Ki, ermənilər yeni təxribatlara əl atmaq üçün hazırlıqlar görürlər. Məsələn, son döyüşlərdən öncə də erməni tərəfi sərhəddə əlavə qüvvə cəlb etmişdi. Döyüşlərdən sonra isə Azərbaycana qarşı təxribat xarakterli bir neçə addım atmağa cəhdlər etdiyi də sirr deyil. Belə ki, Cermux istiqamətindən mövqelərimizin atəşə tutulması bunlardan biridir.

Qeyd edək ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun əlavə qüvvələrlə gücləndirildiyini, hətta Naxçıvan və Laşın istiqamətlərindən guya, hücuma keçə biləcəyi ehtimallarını səsləndirirlər. Əslində isə belə bir şeyə gərək yoxdur. Ona görə ki, Azərbaycanın buna ehtiyacı qalmayıb. Əsas strateji yüksəkliklər əlimizdədir. Üstünlük də biz tərəfdədir.

Qaldı Ermənistanla sərhəddə əlavə qüvvələrin göndərilməsinə, burada da qeyri-adi bir şey yoxdur. Çünki düşmənin davamlı olaraq təxribatlara əl atması ehtiyatlı davranmağı vacib edir. Həm də sərhəddin möhkəmləndirilməsinə də ciddi şəkildə ehtiyac var.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button