Dünya
Türkiyənin İraqdakı hərbi bazası raketlə vuruldu
Türkiyənin İraqda yerləşən hərbi bazası raket atəşinə tutulub. JAMAZ.İNFO “Saberin News” agentliyinə istinadən xəbər verir ki, raket hücumu Neynəva vilayətinin Başika məntəqəsi yaxınlığında yerləşən “Zelikan” bazasına olub.
Atəşin Rusiya istehsalı olan “Qrad” qurğularından açıldığı bildirilir. Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.