Ölkə içi

Qazi itkin düşüb: 4 gündür ondan xəbər ala bilmirlər

Vətən müharibəsi iştirakçısı Cavid Bədəlli itkin düşüb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Oxu.Az-a onun atası Rafiq Bədəlov bildirib. 

Onun sözlərinə görə, iyulun 19-da oğlu evdən çıxıb və bir daha geri dönməyib: “Oğlum Neftçala rayonunda qeydiyyatdadır. 44 günlük Vətən müharibəsində iştirak edib. Doqquz aydır ki, həyat yoldaşı ilə Abşeron rayonun Xırdalan şəhərində yaşayır. Evdə həyat yoldaşı ilə kiçik söz-söhbəti olub. Nəticədə oğlum evdən çıxıb, hələ də qayıtmayıb. Gedərkən heç bir sənəd götürməyib”.

Onu görənlərdən 050-497-44-42 mobil nömrəsi ilə əlaqə saxlanılması xahiş olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button