
Dünya
Türkiyədə hərbi təyyarə qəzaya uğradı: Pilotlar xilas edildi
Türkiyədə ard-arda ikinci təyyarə qəzası baş verib. JAMAZ.İNFO xəbər verir ki, bu gün səhər saatlarında daha bir hərbi təyyarənin qəzaya uğraması xəbəri gəlib.
İzmirin Foşa rayonunda baş verən hadisə nəticəsində Türkiyə Müdafiə Nazirliyinə məxsus təlim təyyarəsi idarəetməni itirərək, yaxınlıqdakı dənizə düşüb. Hadisə zamanı təyyarədə olan iki pilotun xilas edildiyi bildirilir.