İqtisadiyyatManşet

Ermənistan Azərbaycandan elektrik enerjisi almaq istəyir: İrəvan gürcülərə “elçi düşüb”  

Ermənistanda son günlər ciddi elektrik enerjisi problemi yaranıb. JAMAZ.İNFO xəbər verir ki, uzun illər Dağlıq Qarabağda qurduqları su elektrik stansiyalarından elektrik enerjisi tədarük edən ermənilər, artıq həmin imkanları itiriblər. Üstəlik, ötən gün ölkənin əsas elektrik istehsal edən müəssisəsi “Razdan-5” İstilik Elektrik Stansiyası sıradan çıxıb.

Belə ki, stansiyanın əsas enerji bloku sıradan çıxıb ki, onun təmir edilməsi mümkün deyil. Ermənistanın Energetika Nazirliyi bəyan edib ki, stansiyanın işini bərpa etmək üçün blokun alınması lazımdır. Onun da qiyməti 16 milyon avro edir.

Məlumatda vurğulanır ki, əgər həmin enerji blokunun alınması həyata keçirilsə belə, “Razdan-5”in tam fəaliyyət göstərməsi üçün ən azı 7-8 ay vaxt lazımdır. Hazırda elektrik enerjisi almaq üçün çalışan İrəvan hökumətinin əsas ümid yeri Gürcüstan hesab olunur. Lakin Gürcüstanın özünün elektrik enerjisini Azərbaycandan alması, habelə bu istiqamətdə ötürücü xətlərin təmirə ehtiyac olması İrəvanı daha da çətin vəziyyətə salıb.

“Vahid Ermənistan” Partiyasının üzvü, enerji təhlükəsizliyi üzrə mütəxəssis Vaqe Davtyan məsələ ilə bağlı verdiyi açıqlamasında bildirib ki, ən optimal yol İran və Gürcüstandan elektrik enerjisi almaqdır. Onun sözlərinə görə, İranla Ermənistan arasında elektrik enerjisinin ötürülməsi üçün  xətt olsa da, bu daxili təlabatı yalnız 30 faiz ödəmək gücündədir. “Gürcüstanla da belə xətt var. Onu qısa müddətdə təmir etmək də çətin məsələ deyil. İrəvan tərəfinin bu istiqamətdə danışıq apardığından da xəbərim var. Lakin burada problem odur ki, Gürcüstan özünün daxili təlabatını Azərbaycandan aldığı elektrik enerjisi ilə təmin edir. Belə vəziyyətdə problemin həlli yolu ondan ibarətdir ki, Ermənistan Tiflis hökuməti ilə danışıq apararaq, Azərbaycandan aldıqları elektrik enerjisini bir qismini bizə sata bilər. Gürcüstanın buna razılıq verə biləcəyi mümkündür və bu, onlara sərf edir. Çünki onlar Azərbaycandan aldıqları enerjinin qiymətinin üzərinə qazanclarını qoyaraq, bizə satacaqlar. Bir sözlə, yaxın günlərdə Ermənistanda Azərbaycanın elektrik enerjisi istifadə oluna bilər”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button