
Dünya
Türkiyədə güclü zəlzələ oldu
Türkiyənin qərb sahilləri yaxınlığında 5 bal gücündə zəlzələ baş verib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 2,5 milyon əhalisi olan İzmir şəhərindən 130 km şimal-qərbdə və 10 km dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.