Dünya
Türkiyədə güclü zəlzələ: dağıntı və yaralananlar var
Türkiyənin İzmir vilayətində 4,9 bal gücündə zəlzələ olub. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyindən (AFAD) bildirilib.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:29-da Buca rayonu ərazisində qeydə alınıb. Zəlzələnin ocağı 14,47 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində iki nəfərin yaralandığı, məscidin minarəsinin zədələndiyi bildirilib. Ölənlər barədə məlumat yoxdur.