Ölkə içi

Mustafayevlə Qriqoryan Brüsseldə görüşüblər: Sərhəd məsələsi

Dünən Azərbaycan və Ermənistan arasında Dövlət Sərhəddinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının üçüncü iclası keçirilib. JAMAZ.İNFO xəbər verir ki, görüşdə Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, Ermənistanı isə baş nazirin müavini Mher Qriqoryan təmsil ediblər.

Avropa Xarici Fəaliyyət Xidmətinin Baş Katibi Stefano Sannino görüş zamanı bildirib ki, onlar iki ölkə arasında münasibətlərin tənzimlənməsi məsələlərində bundan sonra da köməklik göstərəcəklər.

Yayılmış rəsmi məlumatda deyilir ki, Bakı və İrəvanın nümayəndələri görüşdə sərhədin demarkasiyası məsələlərinin müzakirəsini davam etdiriblər. Bu prosesdə təşkilati və prosedur məsələlərə istinad ediblər. Bundan başqa, komissiyaların birgə fəaliyyətinin hüquqi bazasının formalaşdırılması məqsədilə tərəflər Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd mühafizəsi komissiyasının birgə fəaliyyəti prosedurunun əlaqələndirilməsi üzrə işi sürətləndirmək barədə razılığa gəliblər. Tərəflər komissiyaların dördüncü iclasının tarixini və yerini müəyyən etmək barədə anlaşıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button