
Dünya
Rus hərbi təyyarəsi qəzaya uğrayıb
Rusiyanın Xabarovsk şəhəri yaxınlığında Müdafiə Nazirliyinə məxsus hərbi təyyarə radardan itib. JAMAZ.İNFO xəbər verir ki, AN-26 təyyarəsində altı ekipaj üzvü olub.
İnterfaks xəbər verir ki, sonuncu dəfə radara çıxan AN-26, Xabarovsk şəhərindən təxminən 40 kilometr aralıda texniki uçuş həyata keçirib. Sonra birdən təyyarə ilə əlaqə kəsilib və radardan itib.