Dünya

Ukrayna Prezidentinin müşavirinə sui-qəsd edildi

Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müşaviri Sergey Şefirin avtomobilinə hücum edilib. 

Bu barədə məlumatı sentyabrın 22-də “İnterfaks-Ukrayna” yayıb. 

Məlumata görə, S. Şefirin avtomobilinə 12 dəfə atəş açılıb. Güllələrdən üçü sürücüyə dəyib. Hazırda yaralı sürücü ağır vəziyyətdə reanimasiyadadır. Sergey Şefirsə sağdır və yaralanmayıb.

Hadisəni tərdənləri tapmaq istiqamətində axtarış-əməliyyat tədbirləri keçirilir. Hadisə Kiyev vilayətində baş verib.

Ukrayna Prezident Ofisinin rəhbəri Sergey Podolyakın sözlərinə görə, hadisənin baş verməsinə səbəb kimi Kiyevin oliqarxlarla mübarizə siyasətinin ola biləcəyi ehtimal edilir.

Rəsminin sözlərinə görə, hadisə ictimai nüfuzunu itirən və dövlət rəhbərliyini şantajla qorxutmaq istəyən şəxslər tərəfindən törədilib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button