Dünya
Pskov vilayətində neft kəmərləri idarəsinə PUA hücumu olub
Pskov vilayətində partlayış olub. Neft Kəmərləri İdarəsinin inzibati binasına ziyan dəyib. JAMAZ.İNFO regionun qubernatoru Mixail Vedernikova istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış iki pilotsuz təyyarənin hücumu nəticəsində baş verib.
O bildirib: “İlkin məlumatlara görə, iki PUA-nın hücumu nəticəsində binaya ziyan dəyib. Yekun zərər əməliyyat qrupunun işinin nəticələrinə əsasən müəyyən ediləcək”.
O qeyd edib ki, binaya ziyan vuran partlayış Nevelski rayonunun Litvinovo kəndində baş verib. Tələfat yoxdur.