Cəmiyyət

Həftəsonu dəmiryolu reyslərinin sayı artırıldı

Yay mövsümünün başlaması ilə əlaqədar Bakı-Qəbələ-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq 3 iyun tarixindən etibarən qatar reyslərinin sayı artırılıb.

Jamaz.info xəbər verir ki, bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Belə ki, qeyd edilən tarixdən etibarən həftənin şənbə və bazar günləri olmaqla saat 08:00-da Bakı Dəmiryol Vağzalından Qəbələyə yola düşən qatar mənzil başına saat 11:20-də, həmin günlər Qəbələdən saat 19:00-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatacaq.

Marşrut üzrə bir istiqamətə gediş haqqı standart sinif üçün 14 AZN təşkil edir. Biletləri Bakı Dəmiryol Vağzalının kassalarından və ya ADY-nin rəsmi saytından

(//ticket.ady.az/ticket-search) onlayn əldə etmək mümkündür.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button