
Dünya
Prezident xalqdan üzr istədi
Cənubi Koreya Prezidenti Yun Sok Yol paytaxt Seulun mərkəzində izdiham nəticəsində 156 nəfərin ölümünə görə üzr istəyib.
JAMAZ.İNFO xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Təsviri mümkün olmayan faciə yaşayan qurbanların ailələrindən, bu ağrıya və kədərə şərik olan ölkədən üzr istəyirəm”, – deyə dövlət başçısı bildirib.
O qeyd edib ki, ölkənin təhlükəsizlik sahəsində köklü dəyişikliklərə ehtiyacı var.
Həmçinin Koreya Prezidenti, günahkarların məsuliyyətə cəlb ediləcəyinə və bu iş üzrə prosesin ictimaiyyətə açıq olacağına söz verib.