AraşdırmaManşet

Türk yazardan şok açıqlama: “İran Azərbaycan ərazisinə 20 km daxil olaraq, təlim keçib”- FOTO

Tunca Bengin: “Tehranın ən böyük qorxusu güclü Azərbaycandır, bunun qarşısını almaq üçün hər vasitəyə əl atacaq”

“Həftələrlə davam edən etirazları yatıra bilməyən İran daxildən qaynayır. Lakin buna baxmayaraq, xaricdə sabitliyi pozmaq və digər ölkələri qorxutmaq fəaliyyətinə də davam edir”. JAMAZ.İNFO xəbər verir ki, bunu Türkiyənin ən tirajlı qəzetlərindən biri olan “Milliyyet”in yazarı Tunca Begin yazıb.

Begin qeyd edir ki, İran ağlını və diqqətini ölkəsindəki problemləri aradan qaldırmağa yönəltmək əvəzinə, adi vərdişlərindən əl çəkmir. “Bu fəaliyyətlərini dəlilik səviyyəsinə çatdırmaqla. Məsələn, İran Kəşfiyyatı ETTELAT-ın Azərbaycanı qarışdırmaq məqsədi ilə qeyri-qanuni silahlı təşkilat yaratması və maliyyələşdirməsi və ya İranın Ermənistana patoloji (xəstəlik səviyyəsində) sevgisi. Çünki İranın Azərbaycana qarşı strateji məntiqdən uzaq mövqe sərgiləməsi, Qarabağ müharibəsində məğlub olan ermənipərəst diskussiyalarına və hərəkətlərinə son qoymaması, Azərbaycana qarşı təhdid və ittihamlarını davam etdirməsi geostrateji rasionallıqla bir araya sığmır. Üstəlik, İranın vətənini işğaldan xilas etmiş Azərbaycanın bu haqq işinə dəstək verməsi, işğalçı və ədalətsiz Ermənistana dəstək verməsi, habelə müsəlman Azərbaycanı yox, xristian Ermənistanı dəstəkləməsi haqqa, qanuna, normal ağıl və məntiqə ziddir”.

Türk yazar hesab edir ki,  Azərbaycanın qüdrətinin artması, xüsusən də Türkiyə ilə birlikdə regionda tarazlığı dəyişməsi İranın kimyasını korlayıb. “Səbəbi məlumdur. O, Azərbaycanı öz təhlükəsizliyinə təhdid kimi görür. Güclü Azərbaycan Qafqazda güclü Türkiyə deməkdir. O, Azərbaycanın öz ölkəsində türklər üçün cazibə mərkəzi olmasından da narahatdır. Çünki İranda yaşayan türklər əvvəldən Dağlıq Qarabağı öz kimliklərinin bir parçası kimi görürdülər. Onlar hər zaman erməni işğalına və hücumlarına etiraz ediblər. Tehran rəhbərliyinin Ermənistana dəstək verməsi də İrandakı türklərin türk kimliyinin gündəmə gəlməsinə səbəb olub. Yoxsa niyə gedib Azərbaycan sərhəddində, eləcə də ölkəsində Azərbaycan türklərinin sıx məskunlaşdığı yerlərdə genişmiqyaslı hərbi təlim keçirsin? İran İnqilab Keşikçiləri Ordusunun Quru Qoşunları paraşütlə tullanma, gecə əməliyyatı, helikopter döyüş əməliyyatı, kamikadze pilotsuz təyyarələrlə əməliyyat, Araz çayı üzərində körpülərin tikintisi, birləşdirici yollar və hakim təpələri ələ keçirməsi təlimdən başqa,  onun arzusunun ifadəsiydi. Onun arzusu da başqadır!”

Tunca Benginin sözlərinə görə, Sovet İttifaqının dağılmasından sonra 1991-ci il oktyabrın 18-də ikinci dəfə müstəqilliyini elan edən Azərbaycana İranın münasibəti həmin illərdə də belə olub. “İran İslam İnqilabını yaymaq üçün ilk gündən Azərbaycanın müxtəlif bölgələrində təsirli fəaliyyət göstərdi və bu fəaliyyətlər xüsusilə Azərbaycanın İran sərhədinə yaxın cənub bölgələrində cəmləşdi. Ermənistanın 1992-ci ilin fevralında Xocalı qətliamından başlayaraq, Dağlıq Qarabağ üçün alçaqlığını və işğal planını davam etdirdiyi günlərdə İran bu vəziyyətdən istifadə edərək, Azərbaycan sərhədində 10-20 kilometr dərinliyə daxil olaraq təlimlər keçirdi. Müstəqil Azərbaycanın ərazisi və nəzarət etdiyi bölgədə öz bayrağını dalğalandırmış, hətta ehtiyatsızlıq da göstərmişdir. Biz jurnalistlər olaraq Rusiya və İranın təkzib etdiyi bu təcavüzü gedib gördük və “MİLLİYET”in 13 sentyabr 1993-cü il tarixli nüsxəsində tarixə qeyd etdik!”

O bildirir ki, həqiqətən də çox çətin bir dövr idi. “Qafqaz barıt çəlləyinə bənzəyirdi. İran qoşunları Azərbaycan ərazisində 20 kilometrlik zonanı nəzarətə götürdü. İranın Azərbaycandakı əməliyyatı Ankarada şok yaratmışdı. Həmin vaxt Türkiyə döyüş təyyarələri Ermənistan sərhədində aşağı səviyyəli kəşfiyyat uçuşları həyata keçirib, Xarici İşlər Nazirliyində görüşdən təşkil etdi. Türkiyə isə çox açıq şəkildə xəbərdarlıq etmişdi: Münaqişə genişlənərsə, günah Ermənistanda olacaq!”

İran’ın patolojik Ermenistan sevdası

Türk jurnalist vurğulayır ki, Ermənistanla patoloji sevgisi və həmrəyliyi keçmişdə olduğu kimi bu gün də davam edən İran üçün prioritet Azərbaycan dövlətini həmin regionda çətin vəziyyətə salmaq və onu zəiflətməkdir. “Bu məqsədlə terror təşkilatı qurur və terror təşkilatlarına dəstək verir. Bu, Azərbaycanın işğal altında olan vətəni xilas etmək üçün canından keçən təcavüzkar Ermənistanın haqlı işində mövqe tutmasının, hətta ona dəstək verməsinin, Rusiyaya verdiyi silah yardımı və qəzəblərin əsas səbəblərindən biridir. Bir sözlə, İran üçün ən böyük qorxu güclü Azərbaycandır və bunun qarşısını almaq üçün əlindən gələni edəcək. Bu gün bunları, sabah başqa şeyləri edə bilər”.

Tunca Bengin daha sonra yazır: “Amma İranın unutduğu və ya gözdən qaçırdığı budur: Keçmişlə, xüsusən də son Azərbaycan-Ermənistan müharibəsindən əvvəlki vəziyyətlə bugünkü Azərbaycan arasında dağlar qədər fərq var. Bu müharibə çox şeyi dəyişdi. Bu, Azərbaycan xalqının və idarəçilərinin özünə inamını gücləndirdi. İqtisadiyyatı ilə inteqrasiya olunmuş, daha güclü ordusu olan, Türkiyə ilə inteqrasiya olunmuş Azərbaycan var. Ona görə də İranın atacağı hər addımda, planlaşdırdığı hər addımda bir neçə dəfə düşünməli, başqa xəyal qurmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button