Dünya

Polşa BMT-dən kömək istədi

Polşa BMT-dən Almaniyadan təzminat almaqda kömək istəyib.

Jamaz.info xəbər verir ki, Polşa Birləşmiş Millətlər Təşkilatından (BMT) Almaniyadan müharibə təzminatlarının alınmasına köməklik göstərməsini xahiş edib.

Bunu Polşa Xarici İşlər Nazirliyi rəhbərinin müavini, hökumətin təzminat üzrə komissarı Arkadiuş Mulyarçik Polşa radiosunun efirində deyib.

“Biz bu məsələyə müdaxilə etmək üçün BMT-yə bəyanat göndəririk. Sizdən xahiş edirik ki, bu məsələyə müdaxilə edəsiniz, bu dialoqu aparmaq istəməyən Almaniya ilə müəyyən dialoq platforması yaradasınız”, – deyə o bildirilib.

Mularçik BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının sədri Çaba Quereşi və İnsan Haqları üzrə Ali Komissar Volker Türklə də görüş xahiş etdiyini vurğulayıb.

Onun sözlərinə görə, bu təşəbbüslərin məqsədi “beynəlxalq ictimaiyyətə” və dünyanın ən mühüm beynəlxalq təşkilatlarına “qeyd edilməmiş cinayətlər probleminin olduğunu” çatdırmaqdır.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button