Dünya

Ermənilər indi də ABŞ-a yalvarır: Azərbaycana qarşı sanksiya çağırışı

Ermənistan və erməni lobbisi/diasporu Azərbaycana qarşı beynəlxalq təzyiq dalğası yaratmaq məqsədilə bütün vasitələrə əl atır.

Jamaz.info xəbər verir ki, Fransanın dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul etmək planları baş tutmadıqdan sonra ABŞ-da Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini gündəmə gətiriblər.

“Genocide Watch” adlı təşkilat Bayden Administrasiyasını Qarabağda “humanitar fəlakət” yaratmaq iddiası ilə Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırıb.

Çağırışda deyilir:

– 907-ci düzəlişi tətbiq edin və Azərbaycana bütün hərbi yardımları dayandırın
– “Maqnisti Aktı” və digər hüquqi sənədlərdən istifadə etməklə anksiyalar tətbiq edin
– “Humanitar böhran”ndan əziyyət çəkən ermənilərə təcili yardım göndərin

Bu çağırışın erməni lobbisi tərəfindən təşkil edildiyi məlumdur. Lakin bütün cəhdlərə baxmayaraq, ermənilər rəsmi Vaşinqtonun siyasətinə əvvəlki qədər təsir edə bilmirlər. 44 günlük müharibədə Qarabağ münaqişəsinin həllindən sonra hətta Azərbaycana qarşı illərdir ədalətsiz qərar olan 907-ci düzəlişin ləğv edilməsi məsələsi də gündəmə gəlib.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button