
Dünya
Paşinyan növbədənkənar seçkilərə getməsinin səbəbini açıqladı
Ermənistan baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinə getmək barədə qərarının səbəbini açıqlayıb.
Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyan bu barədə bu gün keçirdiyi mətbuat konfransında söz açıb.
O qeyd edib ki, bu, onun məsuliyyətdən yayınmamasının göstəricisidir.
“Mən heç zaman məsuliyyətdən qaçmamışam, buna görə də növbədənkənar seçkilər oldu. Ölkədə baş verən hər şeyə görə hakimiyyət məsuliyyət daşıyır”, – Paşinyan deyib.
Ermənistan baş naziri müxalifətin tənqidlərinə münasibət bildirərək ölkənin inkişafı üçün çalışmağın lazım olduğunu diqqətə çatdırıb.(modern)