Dünya

Kadırovun tənqid etdiyi generala yüksək vəzifə verildi

General-polkovnik Aleksandr Lapin Rusiya Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargahına rəhbərlik edəcək.

Jamaz.info xəbər verir ki, bu barədə RBC Lapinin yeni vəzifəsi barədə Rusiya Müdafiə Nazirliyindəki mənbədən öyrənib.

Lapinin təyinatını Ura.ru saytının mənbəsi də təsdiqləyib.

Bundan əvvəl general-polkovnik, Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən dəfələrlə tənqid olunub.

Hələlik Rusiya Müdafiə Nazirliyindən Lapinin yeni vəzifəsi ilə bağlı rəsmi açıqlama verilməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button