Dünya

Paşinyan Moskvaya gedir: Kommunikasiya məsələləri müzakirə olunacaq

Ermənistanın baş naziri Nikol Paşinyan sabah Rusiyaya rəsmi səfərə gedəcək. JAMAZ.İNFO xəbər verir ki, səfər çərçivəsində Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

Rəsmi məlumata görə, tərəflər Ermənistan-Rusiya strateji əməkdaşlıq məsələlərini, habelə 10 noyabr və 11 yanvar razılaşmalarını müzakirə edəcək, onların reallaşdırılması vəziyyətini danışacaqlar. Eyni zamanda, Qarabağda yaşayan ermənilərə humanitar yardımın göstərilməsi, bölgənin iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi məsələsi barədə fikir mübadiləsi aparacaqlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button