Dünya

Nikol Paşinyan: “10 noyabr razılaşmasında Rusiyanın nəyi qorumasına dair heç bir şey yoxdur”

Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Zəngəzur Dəhlizi məsələsinə qayıdaraq, bu dəfə Rusiyanı təftiş edib. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxs Münhendə erməni cması ilə görüşdə bununla bağlı müəyyən açıqlamalar verib.

Paşinyan deyib ki, noyabrın 10-da qəbul edilmiş sənəddə Rusiyanın Ermənistanda nəyəsə nəzarət etməsinə dair heç bir fikir yoxdur. “Noyabrın 10-dakı sənəddə Rusiyanın Ermənistanda nəyəsə nəzarət etməsi konkret göstərilməyib. Orada belə bir şey yazılmayıb. Üstəlik, Azərbaycan və Rusiya üçtərəfli bəyannamənin qalan bəndlərini kənara atıblar. Məsələn, 9-cu bəndə istinad artıq aktual deyil. Çünki həm Azərbaycan, həm də Rusiya həmin bəndlərdəki öhdəliklərini pozublar. Necə ola bilər ki, bütün bəndlər mövcud deyil, yalnız bir bənd mövcuddur? Bu gün Dağlıq Qarabağda erməni yoxdur. Halbuki Rusiya sülhməramlı qüvvələrin vəzifəsi onları qorumaq idi”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button