Dünya
Nazir müavininin təyyarədə halı pisləşdi, qəfil öldü
Rusiyanın elm və ali təhsil nazirinin müavini Pyotr Kuçerenko qəflətən vəfat edib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə sözügedən nazirliyin saytı məlumat yayıb.
Həmin məlumatda deyilir ki, Rusiya nümayəndə heyətinin Kubaya ezamiyyətdən qayıdarkən təyyarədə Pyotr Kuçerenkonun səhhəti pisləşib. Daha sonra təyyarə Mineralnıye Vodı şəhərinə enib. Həkimlər burada nazir müavininə kömək etməyə çalışsalar da, Kuçerenkonu xilas etmək mümkün olmayıb.