Dünya

İsrail bu dəfə Refahı vurdu: 100 ölü, minlərlə yaralı var

İsrail dünən gecədən etibarən 1.5 milyon fələstinlinin yaşadığı Refah şəhərini bombalaçağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, ilkin məlumatlara görə, ölənlərin sayı 100 nəfəri keçib.

Qeyd edilir ki, İsrail ordusu hava, quru və dənizdən raket zərbələri endirərək, HƏMAS-ın mövqelərini vurdğunu iddia edir. Fələstin admnistrasiyası isə Refahda HƏMAS-ın olmadığını bildirir və Təl Əvizidən hücumları dayandırmağı tələb edir.

Bildirək ki, Refah Misirlə sərhəddə yerləşir. Fələstinin əsas qapılarından biridir. Qəzzada baş verən son hadisələr zaman xeyli sayda fələstinli bu keçid qapısı vasitəsi ilə təhlükəsiz zonaya çıxmağa nail olmuşdu.

Onua da qeyd edək ki, əksər dünya dövlətləri İsraildən Refaha hücumları dayandırmağı tələb edir. Lakin İsrailin baş naziri Netenyahu bildirib ki, “Refahda hərbi əməliyyatların aparılmasını istəməyənlər, israilin məğlubiyyətini arzulayanlardır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button