
Dünya
İşdən çıxarılan general prezidenti məhkəməyə verdi
Ermənistanın baş naziri Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı açıqlamasına gülən və onu ələ salan Baş Qərargah rəisinin müavini Tiran Xaçatryan işdən çıxarılmasının qanunsuz olduğunu bildirib. JAMAZ.İNFO xəbər verir ki, o, işə bərpa olunması tələbi və işdən çıxarılmasına dair sərəncama qol çəkən Ermənistan prezidenti Armen Sarkisyanı məhkəməyə verib.
Məlumata görə, Xaçatryanın iddiası yerli məhkəməyə göndərilib və qaəbul edilib. İddiaya əsasən cavabdeh şəxs kimi prezident və Baş Nazirin aparatı çıxış edəcək. Məhkəmə prosesinə isə Meri Ambarsumyan sədrlik edəcək.