ManşetÖlkə içi

Koçaryan: “Qarabağda ədalətsiz sülh müharibəyə gətirib çıxaracaq”

“Qarabağda ədalətsiz sülh müharibəyə gətirib çıxaracaq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti, Xocalı soyqırımının günahkarlarından biri Robert Koçaryan deyib.

Onun sözlərinə görə, müharibə Minsk Qrupunun fəaliyyətsiziliyi üzündən deyil, Ermənistan hakimiyyətinin səriştəsizliyi səbəbindən olub. “Minsk Qrupu hazırda lazımdır. Həm də Rusiyaya lazımdır. Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesinin hansı istiqamətdə getdiyi bəlli deyil və bu barədə danışmaq çətindir. Lakin dünya təcrübəsi göstərir ki, ədalətsiz sülh uzun müddət davam edə bilməz”.

Koçaryan buna misal olaraq İkinci Dünya müharibəsini göstərib. O deyib ki, həmin müharibə ədalətsiz Versal Sülhünə görə start götürüb. “Əgər tərəflərdən biri müharibənin nəticələri ilə razı deyilsə, o zaman yeni müharibəni gözlə. Bu o zaman baş verəcək ki, əlverişli geosiyasi vəziyyət və digər məqamlar üçün əlverişli imkan yaranacaq. Mmütləq siyasi həll yolu tapmaq lazımdır. Əgər Azərbaycan Qarabağ münaqişəsinin bitdiyini və onu həll etdiyini düşünürsə, bu əksini demək olacaq. Hətta hazırdakı əlverişli mövqelərə sahib olsa belə”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button