
Dünya
İranın hərbi gəmisi okeanda batdı
İran Ordusuna məxsus “Khark” gəmisi sahilə yaxın ərazidə qəfil alovlanaraq, batıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, yanğını söndürmək mümkün olmayıb. Nəticədə, gəmi batıb.
“Khark” adlı hərbi gəmi bir neçə gün bundan əvvəl beynəlxalq sularda üzmək üçün okeana buraxılıb. Yanğının səbəbi isə gəmidəki avadanlıqlardan birinin sıradan çıxması olub.
Hadisə nəticəsində ölən və yaralanan olmayıb.