Gündəm

Sərhəd məsələsi Moskvada müzakirəyə çıxarılır: BAKI və İRƏVAN GÖRÜŞƏ RAZILIQ VERİB

Azərbaycan-Ermənistan sərhəddi ilə bağlı məsələ Moskvada müzakirə olunacaq. JAMAZ.İNFO erməni mediasına istinadən xəbər verir ki, yaxın günlərdə baş tutacaq görüşdə əsasən Azərbaycan-Ermənistan sərhəddində baş verən son hadisələr və qoşunların geri çəkilməsi məsələləri müzakirə ediləcək.

Həmin məlumata görə, görüşdə Ermənistan tərəfini Müdafiə Nazirliyinin baş qərargah rəisinin müavini Arşak Karapetyan və sərhəd qoşunlarının baş qərargah rəisi Arman Qasparyan təmsil edəcək. Azərbaycanı danışıqlarda təmsil edəcək şəxs isə Xarici Kəşfiyyat Xidmətinin rəisi, general Orxan Sultanov olacaq.

Həmin görüşdə, həmçinin Rusiya sülhməramlı qüvvələrinin komandan müavini Rüstəm Muradov da iştirak edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button