
Dünya
HDP və YSP ikinci turla bağlı qərarını açıqladı
Türkiyədə müxalif Xalqların Demokratik Partiyası (HDP) və Yaşıl Sol Partiya (YSP) prezident seçkilərinin ikinci turu ilə bağlı mövqelərini açıqlayıb.
Jamaz.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə keçirilən brifinqdə məlumat verilib.
“Dəyişiklik arzusu bizim ən böyük ilham qaynağımızdır. Hamımız səs verməyə gedəcəyik”, – deyə bildirilib.
Beləliklə, HDP və YSP-nin “Millət İttifaqı”nın namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəkləmək barədə qərarı qüvvədə qalıb.