GündəmManşet

Vitse-spiker keçmiş prezidentlərin Qarabağ planlarını açıqladı: Səs yazılarını yaydı

Ermənistan parlamentinin vitse-spikeri Hakob Arşakyan bu gün keçirilən iclasda bu ölkənin keçmiş prezidentləri Levon Ter-Petrosyan, Robert Köçaryan və Serj Sarkisyanın Qarabağla bağlı danışıqları ilə bağlı səs yazılarını paylaşıb. JAMAZ.İNFO xəbər verir ki, o, parlamentin tribunasından yaydığı səs yazılarında maraqlı detallar var.

O, əvvəlcə Robert Koçaryanın səs yazısını yayıb. Orada xüsusi olaraq qeyd olunur ki, Ermənistan işğal etdiyi Azərbaycanın 7 rayonunu danışıqlarda alver predmeti etmək fikrində olub: “Cənab Köçəryan, siz özünüzü işğalçı hesab edirsinizmi?”

Cavab: “Xeyr, məsələ ondadır ki, biz hələ də bəyan edirik ki, nəzarətimizdə olan 7 rayon hərbiləşdirilmiş zonadır. Oraya nəzarət etməyimiz vacibdir. Çünki müharibə bitdikdən sonra onları geri qaytaracağıq”.

Arşakyan bu səs yazısına istinadən belə bir şərh verib ki, Koçaryan 7 rayon məsələsini siyasi alver predmeti üçün nəzərdə tutub. “Əslində söhbət 7 rayondan gedirdi. Müxalifət nümayəndələrinin və yəqin ki, onlara rəhbərlik edən Robert Köçəryanın özünün vətən adlandırdıqları ərazilərdən bəhs olunur. Yəni, adam sabah onları Azərbaycana verəcəkdi”.

Vitse-spiker daha sonra daha bir sabiq prezidentin səs yazısını yayıb. O bildirib ki, Levon Ter Petrosyanın planı Ermənistana qarşı ən böyük sui-qəsd hesab olunmalıdır. “Ter-Petrosyan Qarabağın ümqabilində Mehrini Azərbaycana vermək istəyirdi. “Haykakan Jamanak ” qəzeti isə Robert Köçəryanın, Vardan Oskanyanın, o vaxtkı təhlükəsizlik naziri Serj Sarkisyanın Azərbaycanla imzalamağa hazırlaşdığı barədə sazişi dərc edib”.

Hakop Arşakyan parlamentdəki müxalifətçi deputatlara sual verib: “Deməli, Qarabağ vətəndir, amma Mehri yox? Mehri bölgəsini Qarabağa necə dəyişmək olar? Bəs sizin vətəniniz haradır? Vətənin hər hansı bir hissəsi mübadilə obyektidirmi?”

Keçmiş prezident Serj Sarkisyanın səs yazısında isə qeyd olunur ki, Ermənistan Qarabağda ikinci referendumu keçirməyə razıdır. “Bunu kompromis kimi təqdim edib. İkinci referendum nə deməkdir? Birincisi yaxşı alınmadı, indi də ikincisini keçirək?”

Arşakyan sonra erməni müxalifətini silah alınması və 4 günlük Aprel döyüşləri ilə bağlı pafoslu danışmaqda ittiham edib. “Deyirsiz ki, bizimç hökumət silah almır, ordunun onurğa sütununu qırır. Dörd günlük Aprel müharibəsini 44 günlük müharibəyə çevirməməyin qiyməti nə oldu? Müharibənin 4-cü gündə dayandırmaq nəyə və kimə lazım idi? Hesab edirsiz ki, müharibə Ermənistan ordusu Azərbaycan Ordusuna böyük sarsıdıcı zərbə vurması nəticəsində dayandı? Əgər belə idisə, niyə bu hərbi uğurlar davam etmədi? Sizin qurduğunuz ordu niyə xilaskar ola bilmədi?”

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button