Dünya

Hərbi xidmətlə bağlı yeni qərar: Ukrayna təcrübəsi…

İsveç hökuməti hərbi xidmətə vətəndaş çağırışını bərpa etmək qərarına gəlib.

Jamaz.info“Bloomberg”ə istinadla xəbər verir ki, İsveç hökuməti müdafiə qabiliyyətini gücləndirmək məqsədilə bu addımı atır.

Qeyd olunur ki, İsveç hakimiyyəti hərbi xərcləri ÜDM-in iki faizinədək artırmağı, həmçinin, növbəti onillikdə çağırışçıların sayını iki dəfə artıraraq 10 min nəfərə çatdırmağı planlayır.

Məlumata görə, bundan əlavə, hərbi münaqişə zamanı bələdiyyə xilasetmə xidmətlərində xidmətə çağırılacaq şəxslər üçün təlimlərə başlanılacaq.

İsveçin baş naziri Ulf Kristersson deyib: “Ukrayna təcrübəsi çox aydın mənzərə yaradır, çünki fövqəladə hallar xidmətləri mülki insanları qorumaq işində əhəmiyyətli təzyiqlərlə üzləşirlər. Təhlükəsizlik vəziyyətini nəzərə alaraq, bu, ümumi müdafiə qabiliyyətinin gücləndirilməsi üçün təxirəsalınmaz tədbirdir”.

Qeyd edək ki, əvvəllər İsveç əhalisi NATO-ya üzv olmaq üçün qanunların dəyişdirilməsinə qarşı çıxırdı. İndi isə sorğuda iştirak edənlərin 79 faizi ölkənin öz qanunlarına və prinsiplərinə riayət etməli olduğunu təsdiqləyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button