Dünya

İsrail bu bayraqları qadağan etdi

İsrailin ifrat sağçı Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir polisə Fələstin bayrağının ictimai yerlərdə nümayişini qadağan etmək göstərişi verdiyini açıqlayıb.

Jamaz.info xəbər verir ki, bu barədə Ben-Qvir tvitter hesabında yazıb: “Bu gün mən polisə Fələstin bayrağının və ya terror təşkilatı ilə eyniləşdirilən və ya İsrail dövlətinə qarşı təhrik edən hər hansı bayrağın dalğalanmasını qadağan etməyi tapşırmışam”.

“Terrora və onun təhrikinə qarşı bütün gücümüzlə mübarizə aparacağıq” deyən Ben-Qvir ictimai yerlərdə Fələstin bayraqlarının dalğalanmasını qadağan edib.

Ben-Qvirin, 40 ilini İsrail həbsxanalarında keçirən fələstinli məhbus Kərim Yunusun yanvarın 5-də Hayfadakı Ara kəndində Fələstin bayraqları lə qarşılanmasından sonra belə bir qərar verdiyi bildirilir.(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button