Dünya

Gürcüstanda yeni ştam aşkarlandı

Gürcüstanda COVID-19 infeksiyasının yeni ştamı aşkarlanıb.

Jamaz.info “Sputnik Georgia”ya istinadən xəbər verir ki, ştam Kraken adlanır.

İctimai səhiyyə üzrə ekspert Georgi Pxakadzenin sözlərinə görə, yeni ştam koronavirusun digər növləri ilə müqayisədə 140 faiz daha yoluxucudur.

“Əgər otağa Krakenə yoluxmuş bir nəfər daxil olsa, otaqdakı hamı COVID tutar”, – o bildirib.

Ekspertin sözlərinə görə, səhiyyə sistemi Kraken ştamının yayılmasına hazır deyil və problemlər qaçılmazdır. Mütəxəssis insanları gigiyenik qaydalara əməl etməyə çağırıb.(modern)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button