Dünya

Qaçqınların Suriyaya qayıtması sürətlənəcək – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsindəki suriyalı qaçqınların vətənlərinə qayıtması barədə danışıb.

Jamaz.info xəbər verir ki, Ərdoğan bu haqda Beynəlxalq Ombudsmanlar Konfransındakı çıxışı zamanı söz açıb.

O, Suriya ilə normallaşma prosesi davam etdikcə qaçqınlarının qayıdışının sürətlənəcəyini bildirib:

“Diplomatik cəhdlər meyvəsini verdikcə, Suriyaya geri dönüşdə saylar artacaq. İndiyə qədər 550 min suriyalı geri dönüb. Biz qardaşlıq və insanlıq vəzifəmizi yerinə yetirməyə davam edəcəyik. Ötən il Egey dənizində 20 min miqrantı ölümdən xilas etdik”.

Həmçinin Türkiyə prezidenti çıxışında terrorçuları qaytarmadığı üçün NATO və Avropa İttifaqının bir sıra ölkələrini tənqid edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button