Dünya

Estoniya Rusiya mallarına qadağa qoydu

Estoniyada yanvarın 9-dan Rusiyadan malların idxalına əlavə qadağalar qüvvəyə minir.

Jamaz.info xəbər verir ki, bu barədə ölkənin Vergi və Gömrük Departamenti rəsmi saytında məlumat yayıb.

Bunlara siqaret kimi tütün məmulatları, kosmetika, ağız boşluğunun gigiyenası məhsulları, plastik məmulatlar, tikinti materialları və digər məhsullar daxildir.

“Yanvarın 9-da Aİ-nin Rusiya Federasiyasında istehsal olunan bir sıra istehlak mallarına qarşı tətbiq etdiyi sanksiyaların keçid dövrü başa çatıb və həmin gündən onların Aİ ölkələrinə idxalı qadağan edilib”, – deyə departament agentliyə izah edib.

Bildirilib ki, qadağan olunmuş mallar sərhəddən geri qaytarılmalı, və ya müsadirə edilməlidir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button