Dünya

Bolsonaronun ABŞ-dan ekstradisiyası tələb edildi

Bir sıra amerikalı siyasətçilər paytaxt Braziliada tərəfdarlarının təşkil etdiyi iğtişaşlardan sonra Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun ABŞ-dan ekstradisiyasını tələb ediblər.

Jamaz.info xəbər verir ki, bu barədə Braziliyanın “Globo” telekanalı məlumat yayıb.

Braziliya paytaxtında baş verən hadisələr iki il öncə ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarlarının Kapitoliyə hücumu ilə müqayisə olunub. Texasdan olan Demokrat konqresmen Xoakin Kastro Braziliyadakı iğtişaşçıları “yerli terrorçular və faşistlər” adlandırıb və onları “demokratiyanı sarsıtmaq üçün Trampın təlimatından” istifadə etməkdə ittiham edib.

“Bolsonaro cinayətlərinə görə məsuliyyətdən qaçıb sığındığı Floridada gizlənməməlidir, – Kastro bildirib.

Onun bu təklifi digər tanınmış Demokrat konqresmenlər tərəfindən dəstəklənib: Alexandra Ocasio-Cortez, Mark Takano və İlhan Omar, Floridadan olan Anna Escamani respublikaçı qubernator Ron de Santisə müraciət edib: “Niyə Floridada Jair Bolsonaroya sığınacaq verirsiniz? Kapitoliyaya hücum edən ifrat sağçı faşist rejimləri dəstəklədiyiniz üçünmü!?”(publika)

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button