
Dünya
Ermənistanın baş qərargah rəisi də dəyişdirilir
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin baş qərargah rəisi olan Artak Davtyanı dəyişdirmək barədə qərar verib. JAMAZ.İNFO xəbər verir ki, buna səbəb Davtyanın keçmiş müdafiə naziri Davit Tonoyanın həbs olunduğu yararsız döyüş sursatı alması ilə əlaqədar başlanmış cinayət işi ilə bağlıdır.
Məlumatda deyilir ki, hazırkı baş qərargah rəisini onun müavini Kamo Koçunts əvəzləyəcək.