Siyasət

Qubad İbadoğlu: “Əsas məsələ Qarabağın Zəngəzurdan önə çıxarılmasıdır”

Ermənistanın baş naziri Nikol Paşinyan ötən günlərdə keçirdiyi mətbuat konfarnsında bir sıra fikirlər səsləndirib. JAMAZ.İNFO xəbər verir ki, o çıxışında Azərbaycana qarşı bəzi ittihamlar irəli sürüb.

Azərbaycan Demokratik Rifah Partiyasının (ADRP) sədri Qubad İbadoğlu bununla bağlı bildirib ki, Paşinyanın belə mövqe ilə danışıqları getməsi, o deməkdir ki, nə Soçi, nə də Brüssel görüşündən hər hansı bir nəticə gözləməyə dəyməz. O sual edib ki, Paşinyanda bu cəsarət hardan yaranıb. “O, 16 noyabr sərhəd toquşmasından sonra ritorikanı nədən dəyişdi? Əslində biz belə təxribatlara həmişə hazır olmalıyıq”.

Qubad İbadoğlu hesab edir ki, 100 illik millətçiliyinin qurbanı olan Ermənistan xalqı da belə çıxışlara qarşı mövqe qoymalıdır. “30 ildən sonra məğlub  Ermənistanda yenidən ifrat millətçiliyin yaranması bu dövləti daha da zəiflədəcək”.

Partiya sədri Azərbaycanın atmalı olduğu addımlar barədə də danışıb. O deyib ki, Bakı ilk növbədə 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının tələblərinin yerinə yetirilməsinə çalışmalıdır. “ Orda yazılıdğı kimi, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır,  məcburi köçkünlər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti ilə Dağlıq Qarabağa qayıtmalıdır və Laçın dəhlizi üzərində sərhədə nəzarət məsələsi həll olunmalıdır”.

İbadoğlu deyib ki, Azərbaycan üçün həlli vacib olan ən başlıca vəzifə Dağlıq Qarabağın Azərbaycanın de-fakto idarəçiliyinə verilməsinin  Zəngəzurdan önə çıxarılmasıdır. “Əks təqdirdə, Qarabağda suverenliyimizə nail olmaq daha da çətinləşəcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button