
Dünya
Ermənistanda yeni səfərbərlik: Ehtiyatda olan zabitləri orduya çağırılır
Ermənistan Müdafiə Nazirliyi yeni səfərbərlik planını açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, proses 25 dekabrdan 25 fevrala qədər davam edəcək.
Belə ki, sözügedən nazirlik ehtiyatda olan zabitləri səfərbərliyə cəlb edəcək. Hazırda isə yaşı 35-ə qədər olan 70 nəfər ehtiyatdakı həkim-zabitlərin orduya çağırılması nəzərədə tutulub. Bunun ardından isə digər zabitlərin səfərbərliyə alınması qərarlaşdırılıb.