Dünya

Ermənistanda sorğu: Paşinyan 13.3 faiz, daşnaklar isə 0.8 faiz səsə sahib olub

“GALLUP International Association” təşkilatı dünən keçirdiyi sorğunun nəticələrini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanda keçirilən sorğuda 1000 nəfər iştirak edib. Əsas sual isə “əgər bu bazar günü seçkilər keçiriləsydi, hansı partiyaya səs verərdiniz”dən ibarət olub.

“GALLUP”un Ermənistan üzrə rəhbəri bildirib ki, suala cavab verənlərin 13.3 faizi Nikol Paşinyanın rəhbəri olduğu “Vətəndaş Müqaviləsi” partiyasına səs verəcəklərini bildiriblər.  Robert Koçaryanın rəhbərlik etdiyi “Haystan” blokuna səs vermək fikrində olanların sayı isə 3,8% təşkil edib. “Çiçəklənən Ermənistan”ın seçənlər 1,8%, “Şərəfim var”ı üz tutanlar isə 1,5% olub.

Ən acınacaqlı durumda isə “Daşnaksütun” Partiyasıdır. Belə ki, respodentlərin cəmi 0.8 faizi bu partiyaya səs vermək fikrində olduqlarını qeyd ediblər.

Sorğuda iştirak edənlərin 36 faizi isə ümumiyyətlə seçkiyə getməyin əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, Daşnaksütun Partiyası Ermənistanda həmişə özünə görə çəkisi və yeri olan siyasi təşkilat olub. Millətçi və qanqsterlərdən təşkil olunmuş bu partiyanın çoxlu sayda terror aktları törətdiyi də sirr deyil. Lakin daşnakların ermənilər arasında bu qədər aşağı nüfuza malik olması indiyə qədər müşahidə edilməyib. Görünür, ya ermənilər ağıllanmağa başlayıb, terrorçulardan uzaq durmağa çalışırlar. Ya da daşnak dövrü qapanmaq üzrədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button