Dünya

Ermənistanda qadınlar da əsgər gedəcək – Yeni qanun

Ermənistanda qadınların hərbi xidmətə cəlb olunması barədə yeni qanun layihəsi hazırlanır.

Jamaz.info “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Arman Sarkisyan bildirib.

“Qadınlar üçün orduda xidməti könüllülük prinsipi ilə olacaq. Bununla bağlı qanun layihəsi hələ işlənmə mərhələsindədir. Hazırda layihənin üzərində işlənilir. Bir neçə hüquqi prosedurdan sonra bu layihə ictimai müzakirələrə açıq olacaq”, – deyə nazir müavini vurğulayıb.

O bildirib ki, qadınlar müdafiə və təhlükəsizlik sahələrində daha aktivdirlər.

Sarkisyanın sözlərinə görə, bir müddət əvvəl nazirliyin qadınlar üçün təşkil etdiyi atıcılıq kurslarının nəticələri hərbi rəhbərliyi təəccübləndirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button