Dünya

İrəvanda Rusiyaya etiraz aksiyası keçirilir

Bu saatlarda İrəvandakı Azadlıq meydanında mitinqə toplaşma başlayır.

Jamaz.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiyanı “Milli Xalq Qütbü” adlı təşkilar çağırıb. “Milli Xalq Qütbü”nün üzvləri və onların tərəfdarları Azadlıq meydanından Rusiya Federasiyasının Ermənistandakı səfirliyinə doğru yürüş etməyə hazırlaşırlar.

Qeyd edilir ki, aksiya iştirakçıları Rusiya səfirliyinin binasına gedən yolu bağlamağa cəhd edəcəklər.

Polis artıq həmin əraziyə qüvvələri cəmləşdirir.

Aksiya Qarabağ ermənilərinə dəstək məqsədi və Laçın yolunun açılması tələbi ilə keçirilir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button