
Dünya
Ermənistanda iki general istefaya göndərildi
Ermənistan Müdafiə Nazirliyinin mühəndis istehkam ordusunun komandiri, general İşxan Matevosyan və Ermənistan Hərbi Hava Qüvvələrinin komandanı general Armen Vardanyan vəzifələrindən azad ediliblər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanın prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
Qeyd edək ki, hər iki generalın işdən çıxarılmasının səbəbi 44 günlük müharibədə bacarıqsızlıqları olub. Lakin İrəvan hökuməti bunu uzun müddət saxlamaqla, izi itirməyə çalışıb.