GündəmManşet

Bakıdan Xankəndinə zənglər edilir: “Evlərinizi bizə satın”

“Son günlər Qarabağda Azərbaycanlılar tərəfindən edilən telefon zəngləri əsas müzakirə mövzusudur. Onlar Xankəndidə yaşayan ermənilərdən mənzillərini almağa hazır olduqlarını deyirlər”. JAMAZ.İNFO xəbər verir ki, bunu “Şərəf duyuram” blokunun üzvü Tiqran Abramyan deyib.

O deyib ki, bu məsələ barədə ilk dəfə onun kolleqası Nairi Oxikyan xəbər tutub. “Nairi deyirdi ki, Qarabağdakı ermənilər bu zənglərdən narahat olmağa başlayıblar. Azərbaycanlıların bu addımı məqsədlidir. Onlar bununla deyirlər ki, “onsuz da Qarabağ bizimdir. Təklif edirik ki, mənzillərini satsınlar”. Mən bunu araşdırdım və məlum oldu ki, belə zəngləri sayı son bir həftədə yüzlərlə olub”.

Abramyan erməni tərəfinə salıb, yaxasını cırmaqla haray-həşir salıb ki, bəs, guya, Azərbaycan bununla ermənilərə psixoloji təzyiqlər edir, məqsədi Qarabağda nəzarəti tam əlinə almaqdır. “Bu gözlənilən proseslər idi. Bundan sonra daha geniş miqyasda zəruri imkanlardan istifadə etməyə başlayacaqlar. Bu isə Ermənistanın prosesdən çıxmasının əlamətidir və tezliklə İrəvan üçün Qarabağ səhifəsi bağlanacaq”.

Qeyd edək ki, Tiqran Abramyan baş verənlərdən heç də ona görə narahat deyil ki, ermənilərə evlərini satmaqla bağlı təkliflər olunur. Ondan narahatdır ki, ermənilər evlərini satıb, Qarabağdan birdəfəlik getsin və onun kimi adamların da çörəkləri əllərindən çıxsın. Çünki illərdir Qarabağ məsələsindən qazanc yeri düzəltmiş bu adamlar problemin heç bir şəkildə həllinə nail olmaq istəmirlər. Yəni, Abramyan və onun kimilərin dərdi millət, dövlət deyil, puldur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button