Dünya

Ermənistan bu qış kartofsuz qalacaq: erməni maşınları Larsdan buraxılmır  

“Təkcə noyabr ayında Yuxarı Lars keçid məntəqəsinin zəif işləməsi səbəbindən Gürcüstanda 2 min tona yaxın kənd təsərrüfatı məhsulları xarab olub”. JAMAZ.İNFO xəbər verir ki, bunu Aqrar Kəndli Assosiasiyasının prezidenti Qraç Berberyan bildirib.

Onun sözlərinə görə, Larsda türk və gürcü maşınları növbəsiz gəlib keçirlər. “Aamma erməni yük maşınları növbəyə düzülür. Bu gülüncdür. Bilsək ki, bu, başqalarına aiddir, başa düşmək olardı, amma başqa ölkələrin nümayəndələri sakitcə gəlib-gedirlər”.

Berneryan bu qış Ermənistanın kartofsarıdan ciddi sıxıntı keçirəcəyini də deyib. O bildirib ki, hazırda onlar Rusiyadan ciddi həcmdə kartof ixracını gözləyirlər. “Lakin Rusiyada kartof yoxdur. Ukraynadan isə kartof almaq mümkün deyil. Ümidimizi ona bağlamışıq ki, Ukrayna ilə müharibə tezliklə bitəcək və biz kartof ala biləcəyik”.

O qeyd edib ki, ötən il Ermənistan Rusiyadan 48 min ton kartof alıb. Bu il isə 70 min ton kartof almaq fikirindədirlər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button