ManşetÖlkə içi

Nazir: “Sizi qorxutmaq istəmirəm, vəziyyət gərgindir”

“Davamlı atışmaların olduğunu nəzərə alsaq, sərhəddə vəziyyət gərgindir və bu, son bir ildə dəyişməyib”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan deyib.

Onun sözlərinə görə, gərginlik həmişə olub və var. “Gərginlik həmişə var. Bizim vəzifəmiz prosesə gərginlik qatmamaq, danışıqlar yolu ilə sülhə nail olmaqdır. Mən deyə bilmərəm ki, bu gün təhlükələr aradan qaldırılıb. Amma sizi də qorxutmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, hazırda narahat olmaq üçün konkret səbəb yoxdur”.

Papikyan yeni silahların alınması barədə də danışıb. O bildirib ki, bu məqsədlə bir çox dövlətlərin qapılarını döyüblər. “Biz bir çox qapıları döymüşük. Bu proses təbiidir. Biz yeni keyfiyyətli silahlar əldə etməkdən danışırıq. Çox işlər görülür və müəyyən nəticələr də var”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button