Dünya
Ermənilərin neçə faizi Paşinyanı dəstəkləyir?
“GALLUP Beynəlxalq Assosiasiyası”nın tamhüquqlu üzvü MPG MMC bu gün Ermənistanda keçirdikləri bir sıra sorğuların nəticələrini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, MMC-nin direktoru Aram Navasardyan telefonla aparılan sorğunun birinin Ermənistanın baş naziri Nikol Paşinyanın reytinqi ilə bağlı olub.
O bildirib ki, 1100 nəfər sorğu iştirakçıları “Baş nazirinin fəaliyyətini necə qiymətləndirirsiniz” sualına belə cavab veriblər. Paşinyanın fəaliyyətini təqdir edən və dəstəkləyənlər 24,1 faiz, qəbul etməyənlər isə 37,8 faiz təşkil edib.