
Dünya
Erməni ordusu yatmağa yer tapmır: Azərbaycanla sərhəddə
Sünik, Qeqarkun və Vayoçdzor rayonları istiqamətindəki Azərbaycanla sərhəddə qulluq edən Ermənistan ordusunun əsgərləri yatmağa yer tapa bilmirlər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə İrəvanda nəşr olunan “Joxovurd” qəzeti xəbər yayıb.
Həmin xəbərdə deyilir ki, 44 günlük müharibədən 6 ay keçməsinə baxmayaraq, sərhəddə qulluq edən erməni əsgərlərinin nəinki yatacaq yerləri, özlərini qorumaq üçün səngərləri və sığınacaqları belə yoxdur. “Ermənistan Müdafiə Nazirliyi məsələyə ümumiyyətlə əhəmiyyət vermir. Cəbhə xəttində heç bir istehkam-injiner işləri aparılmır”.