GündəmManşet

Ermənistan XİN-dən yeni bəhanə: “Azərbaycan pandemiyanı nəzərə almayaraq müharibə edib”

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan 44 günlük Qarabağ müharibəsin zamanı üzləşdikləri ağır məğlubiyyətin səbəbini “tapıb”. JAMAZ.İNFO xəbər verir ki, Ayvazyan BMT-nin nümayəndəsi ilə görüşdə həmin “bəhanə”ni dilinə gətirib.

Belə ki, o, deyib ki, Azərbaycan və Türkiyə BMT-nin pandemiya ilə əlaqədar tələb və tövsiyyələrini nəzərə almayaraq, Qarabağda hərbi əməliyyatlar aparıblar. “Azərbaycan və Türkiyə BMT-nin koronavirus pandemiyası dövrü ilə bağlı tələb və tövsiyyələrinə əhəmiyyət verməyərək, Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar aparıblar. Nəticədə, Qarabağda yaşayan ermənilər ağır humanitar, sosial və iqtisadi problemlərlə üzləşiblər”.

P.S. Ermənilər heç bir şəkildə məğlub olduqlarını etiraf etmək istəmirlər. Hər dəfə bir bəhanə axtarıb, tapırlar ki, özlərinə “haqq” qazandırsınlar. Lakin bu, heç nəyi dəyişmir. Reallıq odur ki, Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan əsgərini əzib, üzərindən keçərək, torpaqlarımızı işğaldan azad edib.  

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button