Dünya

Donbasdakı separatçılar özlərinin 3 zirehli döyüş maşınlarını vurublar

Donbasda gərginlik davam edir. Oktyabrın 26-dan etibarən hərbi əməliyyatlara başlayan Ukrayna Ordusu qısa müddətdə iki rayonu və bir qəsəbəni işğaldan azad edib. JAMAZ.İNFO xəbər verir ki, dünəndən etibarən isə Donbasdakı separatçıların qurduğu “dövlət”in paytaxtı Donetsk istiqamətində hücumlar daha intensiv şəkil alıb.

Ukrayna və Rusiya medialarının yaydıqları məlumatlarda deyilir ki, Donetski şəhəri dünəndən etibarən həm artilleriya, həm də aviasiya tərəfindən bombalanır. Döyüşlərin şəhərin 5-7 km-də getdiyinə dair məlumatlar var. Bu gün səhər saatlarında isə Ukrayna ordusu növbəti dəfə “Bayraktar TB2” PUA-dan istifadə edib. Nəticədə, separatçılara məxsus bir neçə hərbi texnika sıradan çıxarılıb.

Vəziyyət o qədər gərgindir ki, Donbasdakı separatçılar başlarını itiriblər. Donetskdəki separatçıların rəhbərləri bildiriblər ki, dünən Donbas “ordusu” səhv atəş nəticəsində özlərinin 3 BMP-2 sizrehli texnikasını vurublar. “Üç BMP-ni Ukrayna ordusu vurmayıb. Onlar mövqedəki hərbçilərin səriştəsizliyi səbəbindən öz əsgərlərimiz tərəfindən vurulub”.

Bu əsnada, Luqanskdakı separatçılar da narahat olmağa başlayıblar. Belə ki, şəhərdən 100 km aralıda Ukrayna ordusu böyük həcmdə hərbi texnika cəmləməyə başlayıb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button